📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kinodan fraqment yox, həqiqətdir... - Fotolar

2026-11-01 13:41:55

Kinodan fraqment yox, həqiqətdir... - Fotolar

Məlum olduğu kimi, Almaniyada “Gen Z regelt” (“Z Nəsli Həll Edir”) gənclər hərəkatının çağırışı ilə 34 şəhərdə kütləvi etiraz aksiyaları keçirilib.

Hurriyyet.net  xəbər verir ki, Berlində keçirilən aksiyada diqqətçəkən görüntülərdən biri “Batman” kostyumunda olan şəxsin nümayişə qatılması olub.

Nümayişlərin “Halloween” gününə təsadüf etməsi səbəbindən bəzi iştirakçılar fərqli kostyumlar geyiniblər. Onların arasında “dinozavr” və “Batman” obrazında olan şəxslər də olub.

Aksiyalarda iştirakçılar “Müqavimət vaxtıdır” və “Merts getməlidir” yazılı plakatlar da qaldırıblar. Onlar təhsil xərclərinin artırılmasını, yaşayış qiymətlərinin azaldılmasını və məcburi hərbi xidmət planlarından imtinanı tələb ediblər.