📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət aldı

2026-11-05 17:50:08

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Klubdan Bakıvaxtı.az-a bildirilib ki, o, UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün noyabrın 9-17-də yığmanın düşərgəsində olmalıdır.

Moldova seçməsi noyabrın 13-də doğma publika önündə Qazaxıstanı qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyun keçiriləcək.

UEFA Millətlər Liqasının "C" divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.