📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcər yolunda yük maşını sürücüsü qəzada öldü

2026-11-01 14:40:24

Kəlbəcər yolunda yük maşını sürücüsü qəzada öldü

Göygöldə ölümlə nəticələnən yol qəzası olub.

Modern.az-ın xəbərinə görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb.

"Hovo" markalı yük maşını idarəetmədən çıxaraq, divara çırpılıb. Nəticədə sürücü, 58 yaşlı Göyçay sakini Əhliman Qəfərov hadisə yerində ölüb.

Araşdırma aparılır.