Kamran Ağabalayev: “Sosial şəbəkələrə giriləsi deyil, biabırçılıqdır”
2026-10-31 22:00:38
“Sosial şəbəkələrə giriləsi deyil, biabırçılıqdır. Bu səviyyənin adını nə qoymaq olar? İtin günündədir sosial şəbəkələr. Kimləri paylaşırlar?”
Bu sözləri aktyor Kamran Ağabalayev “Künc-bucaq” yutub layihəsində deyib.
Sosial şəbəkələrdən şikayətlənən aktyor televiziyadakı qadağaların yaxşı olduğunu bildirib:
“Həddindən artıq ucuz sabun köpüyü heç kimə lazım deyil. İndi görmürük, lap yaxşı. Sosial şəbəkələrdəkilərlə mübarizə üsulu aparmaq lazımdır. Deyirlər, başqa ölkələrdə betərdir. Yalan danışmayın, başqa ölkəyə şər atmayın. Heç bir ölkədə bunlar yoxdur”. (Axşam.az)