İstanbulda İsrail vətəndaşını bu cür “qarşıladılar” – VİDEO
İstanbulda bir qrup insan İsrail vətəndaşı Klaudiya Medina Halfona qarşı etiraz aksiyası keçiriblər. Onun ikili vətəndaşlığı olduğu bildirilir.
Hurriyyet.net xəbər verir ki, bu barədə sosial mediada yayımlanan görüntülər müzakirələrə səbəb olub.
Etirazçılar iddia edirlər ki, o, İsrail hərbçiləri üçün Türkiyəyə səfərlər təşkil edir, onlara oteldə yerləşmə, tibbi xidmətlər, plastik cərrahiyyə və istirahət təmin edir. Bəzi media orqanları etirazçıların Medinanı linç etməyə çalışdıqlarını bildirirlər.
Etirazı təşkil edənlərin iddialarına görə, onun müştəriləri arasında Qəzza zolağında hərbi əməliyyatlarda iştirak edən İsrail əsgərləri də var. Medina həmçinin mövcud məhdudiyyətləri aşaraq Türkiyə ilə İsrail arasında qeyri-rəsmi ticarət təşkil etməkdə ittiham olunur.
Etirazçılar İstanbul Prokurorluğuna Medinanın və onunla əlaqəli şəxslərin fəaliyyətinin araşdırılması tələbi ilə şikayət ərizəsi təqdim etdiyini açıqlayıb.