📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər

2026-10-28 18:08:52

İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər

İspaniya Superkuboku gələcəkdə Azərbaycanda keçirilə bilər.

Hurriyyet.net  xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde danışıb.

O bildirib ki, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kuboku keçiriləcəyi üçün alternativ variantlar axtarırlar. 

Federasiya rəsmisi hazırda bir çox ölkələrdən təklif aldıqlarını da sözlərinə əlavə edib: “Gözlədiyimizdən daha çox maraq və qəbul gördük, aldığımız təkliflər də bizi xeyli təəccübləndirdi. ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətər kimi ölkələrdən təkliflər almışıq.

Xüsusilə ABŞ-dən gələn maraq diqqətçəkən idi. Oradan dünya çempionatı ilə əlaqəli çox ciddi təkliflər daxil olmuşdu”.