📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İrana hücum etmək bizim qərarımız deyildi" - İsrail rəsmisi

2026-11-05 19:31:20

İrana zərbə endirmək qərarı Birləşmiş Ştatlar tərəfindən verilib. Bu, İsrailin qərarı deyildi.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Denni Danon bildirib.

"Mənim fikrimcə, təəssüf doğuran haldır k, bir çoxları qiymətlərin, o cümlədən neft qiymətlərinin artmasını İsraildəki vəziyyətlə əlaqələndirirlər. Bu, xoşagəlməz haldır. Biz bilirik ki, İrana zərbə endirmək qərarını ABŞ verib. Bu, bizim qərarımız deyildi. Biz ABŞ-nin addımlarını dəstəklədik, çünki bunun düzgün qərar olduğuna inanırıq", – deyə o vurğulayıb.

Bu kontekstdə Danon qeyd edib ki, İran Birləşmiş Ştatlara qarşı hədələr səsləndirməyə davam edir: "Beləliklə, hər şeyə görə İsraili günahlandırmaq həmişə çox asan olsa da, bu vəziyyətdə məsələ belə deyil".

O, həmçinin qeyd edib ki, İranla bağlı qərarı Prezident Tramp verməlidir: "Sizə deyə bilərəm ki, biz özümüzü müdafiə etmək üçün hər zaman zəruri olanı edəcəyik. Biz bunu keçmişdə sübut etmişik və gələcəkdə də edəcəyik. Bunu etmək üçün imkanlarımız var. ABŞ-nin öz maraqları mövcuddur. Üstəlik, son həftələrdə Tehrandan gələn ritorikaya nəzər salsaq, görərik ki, onlar Yaxın Şərqdəki Amerika hədəflərini – ABŞ səfirliklərini və Amerika heyətini də hədələyirlər. Yəni məsələ təkcə İsraillə bağlı deyil, söhbət ABŞ-nin maraqlarından gedir".