📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyevdən həmkarına təbrik

2026-11-03 20:07:42

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb.

Hurriyyet.net  xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli xanım Prezident,

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Bolqarıstan dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.