İlham Əliyev İspaniya kralına başsağlığı verib
2026-10-29 20:42:31
Azərbaycan Prezidenti İlham Əliyev Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı İspaniya kralı VI Felipeyə başsağlığı məktubu göndərib.
Modern.az xəbər verir ki, dövlət başçısı məktubda həlak olanların ailələrinə və yaxınlarına, İspaniya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.