📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ikinci Holokost"a səbəb olacaq - Netenyahu

2026-10-25 23:13:16

"Hökumətinin seçkilərdə məğlub olması və Tehranın nüvə silahı arsenalına sahib olması “İkinci Holokost”a gətirib çıxara bilər".

Modern.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benymin Netanyahu deyib.

İsrail hökumətinin başçısı rəsmi səhifəsində böyük şəhərin üzərində nüvə partlayışını əks etdirən görüntü paylaşaraq, İran təhlükəsinin ölkə üçün əsas ekzistensial təhdid olduğunu vurğulayıb.

Netanyahunun fikrincə, ölkə daxilindəki kəskin mübahisələr o cümlədən Qətərin rolu ətrafında yaranan qalmaqallar, ultraortodoks yəhudi icmasının statusu və dindar gənclərin orduya çağırılması məsələsi cəmiyyəti milli təhlükəsizlik qarşısında duran əsas təhdiddən yayındıran “tüstü pərdəsi” rolunu oynayır.