📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İğtişaşlara görə matçın vaxtı dəyişdi

2026-10-24 10:15:27

İğtişaşlara görə matçın vaxtı dəyişdi

Fransa çempionatının 8-ci turunda keçirilməsi planlaşdırılan PSJ – “Lion” qarşılaşması təxirə salınıb. 

Modern.az xəbər verir ki, Fransada baş verən iğtişaşlar səbəbindən bu qərar verilib. Məlumatı Fransa Peşəkar Futbol Liqası yayıb.

Əvvəlcə 25 oktyabr tarixinə planlaşdırılan oyun oktyabrın 26-na keçirilib. 

Qeyd edək ki, 7 turdan sonra hər iki komandanın 14 xalı var. "Lion" lider, PSJ isə 2-cidir.