📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacıbaba Babayev sakinlərlə görüşdü - Fotolar

2026-10-28 17:53:20

Hacıbaba Babayev sakinlərlə görüşdü - Fotolar

Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla və operativ yanaşılması barədə tapşırıqlarına əsasən, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev oktyabr, noyabr, dekabr ayları üzrə rayonun bütün yaşayış məntəqələrində səyyar görüşlər keçirəcək.

Hurriyyet.net  xəbər verir ki, qrafikə uyğun olaraq, həftənin 3 günü olmaqla ümumilikdə 6 səyyar görüşün təşkili müəyyənləşdirilib.

Rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə oktyabrın 27-si və 28-də Alnabat, Arıqıran, Miskinli və Daryurd kəndlərinin sakinləri ilə görüşüb. 

Görüşlər zamanı vətəndaşların qaldırdığı məsələlər yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Kənd sakinləri dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sosial rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək vətəndaş müraciətlərinin yerində dinlənilməsini və mövcud problemlərin həlli istiqamətində görülən tədbirləri müsbət dəyərləndiriblər.