📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda saxlanılan İbad Hüseynov buraxılıb - Azərbaycana qayıtdı

2026-10-25 10:58:02

Gürcüstanda saxlanılan İbad Hüseynov buraxılıb - Azərbaycana qayıtdı

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb.

Hurriyyet.net  APA-ya istinadən xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran İbad Hüseynov baş verənlər barədə dərhal Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verdiyini deyib.

“Səfirliyimiz operativ şəkildə müdaxilə etdi. Səfirliyin və nümayəndələrimizin dəstəyi ilə oradan çıxarılaraq səfirliyə aparıldım və lazımi tədbirlər görüldü”, - o deyib.

İbad Hüseynov saxlanılmasının səbəbini soruşsa da, ona heç bir açıqlama verilmədiyini deyib.