Göygöldə 37 yaşlı kişi bıçaqlandı - Yenilənib
2026-11-06 21:02:06
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hurriyyet.net xəbər verir ki, 1989-cu il təvəllüdlü Camal Həmzəyev bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Adıçəkilən şəxsin kim və ya kimlər tərəfindən hansı şəraitdə bıçaqlandığı araşdırılır.
***
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində C. Həmzəyevə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən İman Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.