📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə qadın əri tərəfindən bıçaqlandı

2026-10-24 16:30:45

Gəncədə qadın əri tərəfindən bıçaqlandı

Gəncədə ailə münaqişəsi qanla nəticələnib.

Modern.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti stabil qiymətləndirilir.

X.Məmmədlini həyat yoldaşı, 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında yaranan narazılıq zamanı bıçaqlamaqda şübhəli bilinir. Onun saxlanılması üçünhüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.