📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə “Baku Bus” qəza törətdi - Fotolar

2026-10-31 17:07:07

Gəncədə “Baku Bus” qəza törətdi - Fotolar

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı maşınla toqquşub.

Sərnişin avtobusu daha sonra ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyata ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma başlanılıb.