📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə avtomobillə moped toqquşdu - Foto

2026-11-03 19:18:32

Gəncədə avtomobillə moped toqquşdu - Foto

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

2005-ci il təvəllüdlü İsrail Orucov moped idarə edərkən onu “Chevrolet” markalı avtomobil vurub. Nəticədə İ.Orucov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.