Gəncədə 2 nəfər dəm qazından boğuldu - Yenilənib
2026-11-12 10:08:03
Gəncədə evdən iki nəfərin meyiti tapılıb.
Hurriyyet.net xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb.
İlkin məlumata görə, həmin şəxslərin nəşi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***
Əldə etdiyimiz məlumata görə, Gəncədə evdən meyitləri tapılan 1987-ci il təvəllüdlü Tural Məmmədov və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev dəm qazından boğularaq ölüblər.