📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransadakı aksiyalarda 2700 nəfər saxlanılıb

2026-10-23 10:07:55

Fransadakı aksiyalarda 2700 nəfər saxlanılıb

Fransada baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə ədliyyə naziri Jerald Darmanen brifinqdə məlumat verib.

“Şənbə günündən bəri 2700 nəfər saxlanılıb, onlardan 217-si barəsində isə həbs qətimkan tədbiri seçilib”, - nazir bildirib.

O qeyd edib ki, həbs olunanların yarısının əvvəllər heç bir məhkumluğu olmayıb.