📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb

2026-10-25 14:57:34

Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb

Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb.

Hurriyyet.net  məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb.

Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamanda bütün bazara yayılıb. Yanğını ancaq bazar günü səhər tam söndürmək mümkün olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.