📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Fənərbaxça” və “Qalatasaray”ın futbolçuları cəzalandırıldı

2026-10-30 12:44:19

“Fənərbaxça” və “Qalatasaray”ın futbolçuları cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbaxça” və “Qalatasaray”ın futbolçularını cəzalandırıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça”nın oyunçusu Arçi Brauna 3, “Qalatasaray”dan Abdüllkerim Bardakçıya 2 oyunluq cəza verilib. Buna səbəb isə superliqa oyununda futbolçular arasında yaşanan mübahisə olub. 

Qeyd edək ki, İstanbul derbisi “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.