📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fənərbağça"da fövqəladə iclas keçiriləcək: İstefa qərarı verilə bilər

2026-11-01 20:27:25

Türkiyə Superliqasında "Göztəpə"yə məğlubiyyət "Fənərbağça"da ciddi dəyişikliklərə səbəb ola bilər.

Oxu.Az "HT Spor"a istinadən xəbər verir ki, klubun İdarə Heyəti istefa məsələsi də daxil olmaqla bir sıra mövzuları müzakirə etmək üçün fövqəladə toplantı keçirəcək.

Bildirilib ki, iclasda "Göztəpə" ilə oyundan sonra klubun gələcəyi ilə bağlı bir sıra məsələlər nəzərdən keçiriləcək. İdarə Heyətinin mümkün istefalar da daxil olmaqla müxtəlif variantları müzakirə edəcəyi qeyd olunur.