Ermənistanın səsi, Simonyanın şeiri – "Bizi öldürəndə hamı susurdu"
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi İrəvanda narazılıq doğurub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan qərara rus dilində şeir paylaşmaqla münasibət bildirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Simonyan Facebook səhifəsində aşağıdakı misraları yazıb:
«Лишили голоса нас там,
где очень громко все молчали,
когда нас дружно убивали».
Şeirin Azərbaycan dilinə tərcüməsi belədir:
“Bizi səs hüququndan məhrum etdilər orada,
Hamının gurultulu sükuta qərq olduğu yerdə,
Bizi birlikdə öldürdükləri zaman”.
Bu misralarla Simonyan Ermənistanın təhlükəsizliyi ilə bağlı hadisələr zamanı KTMT üzvlərinin susqun qaldığına dair ittihamını ifadə edib.
Qeyd edək ki, noyabrın 11-də KTMT Ermənistanı üzvlük haqlarını ödəmədiyinə görə səsvermə hüququndan məhrum edib. Ermənistan 2024-cü ilin fevralından təşkilatdakı iştirakını dondurub, lakin üzvlükdən rəsmən çıxmayıb.