📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO

2026-10-27 14:55:47

Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO

Ermənistan parlamentinin bu gün keçirilən iclası dövlət mühafizə xidməti əməkdaşlarının zala daxil olması ilə başlayıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar yayılıb.

Toplantı zamanı bu tələblə parlamentin sədri Ruben Rubinyan çıxış edib. Həmin vaxt kürsüdə müxalif "Güclü Ermənistan" blokunun deputatı Edqar Kazaryan çıxış edirdi. O, xüsusilə Rubinyanı kəskin tənqid edib. Parlament sədri bir neçə dəfə müxalif deputatdan gündəlikdəki məsələlər ətrafında danışmağı xahiş etsə də, bu çağırışlar cavabsız qalıb.

Kazaryan Rubinyanın xahiş və xəbərdarlıqlarına nümayişkaranə şəkildə məhəl qoymayıb. Nəticədə spiker əvvəlcə deputatın mikrofonunun söndürülməsini tələb edib, bir qədər sonra isə qaydalara tabe olmayan parlament üzvünü yerinə oturtmaq üçün iclas zalına dövlət mühafizə xidmətinin əməkdaşlarını çağırıb.