📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərəb şeyxinin 2,5 milyon lirəlik təklifini qəbul edib? - "Yeraltı"nın ulduzu danışdı

2026-11-13 18:08:48

Ərəb şeyxinin 2,5 milyon lirəlik təklifini qəbul edib? -

"Yeraltı"nın ulduzu Devrim Özkan Dubayda ərəb şeyxinin 2 milyon 500 min lirə qarşılığında 1 saatlıq yemək yemək təklifini qəbul etdiyi barədə çıxan xəbərlərə meneceri vasitəsilə cavab verib.

Musavat.com xəbər verir ki, aktrisanın meneceri Özkanın orada qalma səbəbinin qlobal brend əməkdaşlığının bir hissəsi olduğunu bildirib.

O, xüsusi üz qabığı çəkilişi üçün Dubayda olduğunu açıqlayaraq, aktyorla bağlı mətbuat və sosial mediada yayılan xəbərləri qəti şəkildə inkar edib.

Menecerinin bəyanatını dəstəkləyən Devrim Özkan sosial media hesabında açıqlama verərək bu tip xəbərlərə qarşı hüquqi yolla cavab verəcəyini deyib:

"Düşünürəm ki, bu xəbərləri davam etdirməlisiz ki, məhkəmədə istədiyim məbləği qazanım və klinika borcu olan heyvansevərlərin borcunu ödəyim. Vəkilimlə birlikdə, əlimizdə olan 100-ə yaxın ekran görüntüsü ilə ədalət qarşısında məsələni həll edəcəyik. Sizi öpürəm, xahiş edirəm, böhtan atmağa davam edin".

Qeyd edək ki, aktrisa məhkəmədən qazanacağı təzminatı heyvansevərlərə bağışlayacağını bildirib.