📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

2026-11-05 14:29:12

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib.

Hurriyyet.net  xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb.

“Fövqəladə vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram. İnşallah, bu səfər vasitəsilə də zəruri addımları atmaq imkanımız olar”, - deyə o bildirib.

Ərdoğan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə həyata keçirdiyi telefon danışığını da xatırladıb.

“Hər zaman dediyim kimi, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan daha artıqdır. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, talehimizin və gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur”, - Ərdoğan vurğulayıb.