📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ən-Nəsr" Ronaldunu Özbəkistana aparmadı

2026-11-02 21:43:18

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının əsas mərhələsində "Paxtakor"la keçiriləcək oyunda "Ən-Nəsr"ə kömək edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubunun Daşkəndə yollanan heyətinə daxil edilməyib.

"Ən-Nəsr"in baş məşqçisi Angelos Postekoglu oyundan əvvəl keçirilən mətbuat konfransında Ronaldunun, Kinqsli Komanın və Məhəmməd Simakanın istirahət edəcəyini bildirib. Mütəxəssis bu qərarı sıx oyun qrafiki və çoxsaylı səfərlərlə əlaqələndirib.

Beləliklə, hər üç futbolçu Özbəkistan təmsilçisi ilə qarşılaşmanı buraxacaqlar. Onların əvəzinə heyətə gənc oyunçular, o cümlədən 18 yaşlı hücumçu Əbdürrəhman Süfyani cəlb olunub.

Qeyd edək ki, Ronaldu ötən həftə Səudiyyə Ərəbistanı çempionatında "Əl-Xolud"la matçda het-trik edərək karyerası ərzində vurduğu qolların sayını 985-ə çatdırıb.

"Ən-Nəsr" Asiya Çempionlar Liqasının Qərb regionunda iki oyundan sonra üç xal toplayaraq doqquzuncu pillədə qərarlaşıb. "Paxtakor" isə üç matçda iki xal qazanaraq 12-ci yerdədir.