📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliyevalar “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimat mərasimində - Fotolar

2026-11-02 10:07:01

Əliyevalar “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimat mərasimində - Fotolar

Daş Salnamə Muzeyində rəssam, heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin isə “Məsuliyyət radiusu” adlı layihələri təqdim olunub.

Hurriyyet.net xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər.

“Qədim daş, müasir yaddaş” layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq ərsəyə gətirilib. Heykəltəraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub. “Məsuliyyət radiusu” adlı layihədə isə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib.