📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əsədovun Gürcüstana səfəri başa çatdı - FOTOLAR

2026-10-31 11:36:30

Əli Əsədovun Gürcüstana səfəri başa çatdı - FOTOLAR

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb.

Hurriyyet.net  xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili yola salıb.

Səfər çərçivəsində Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

Bundan başqa, Əli Əsədov Tbilisidə ART Riverfront hotelinin açılış mərasimində iştirak edib.