Elçin Yusubov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb
2026-10-24 16:18:05
Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb.
Modern.az xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedən nümayəndəliyin fəaliyyəti ilə bağlı yoxlama aparıb. Yoxlama zamanı bir sıra maliyyə pozuntuları, o cümlədən kənar xərclər və digər problemlər üzə çıxıb.
Bununla bağlı toplanmış materialların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyi bildirilir.
Məlumata görə, məsələ ilə əlaqədar Elçin Yusubov da həmin idarəyə çağırılıb.