📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Donald Trampdan Rusiya ilə bağlı SENSASİON AÇIQLAMA: "...zəng edib ÜZR İSTƏDİLƏR"

2026-10-21 20:55:09

Donald Trampdan Rusiya ilə bağlı SENSASİON AÇIQLAMA:

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı dərhal yeni sanksiyaların tətbiq olunmasını tələb edən bir çox siyasətçi və xadimin ona zəng edərək üzr istədiklərini bəyan edib.

Hurriyyet.net  xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Tramp bildirib ki, həmin şəxslər onun Rusiya tərəfi ilə 4 ildir həbsdə olan ABŞ vətəndaşı Stiven Xabbardın azad edilməsi istiqamətində məxfi danışıqlar apardığından xəbərsiz olublar. ABŞ lideri bu razılaşmanı Birləşmiş Ştatlar üçün son dərəcə böyük və mühüm uğur kimi dəyərləndirib.

"Əgər sanksiyalar tətbiq edilsəydi, bu danışıqlar, şübhəsiz ki, tamamilə və yekun olaraq dayandırılacaqdı" — deyə Donald Tramp vurğulayıb.

Xatırladaq ki, keçən həftə Donald Tramp mərhum senator Lindsi Qreymin iştirakı ilə hazırlanmış qanuna əsasən nəzərdə tutulan Rusiya əleyhinə kəskin sanksiya paketinin tətbiqindən imtina edərək 60 günlük müvəqqəti fasilə qərarı verib.