📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dənizdə batan şəxs belə xilas edildi - Video

2026-10-23 14:23:53

Dənizdə batan şəxs belə xilas edildi - Video

Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Hurriyyet.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan şəxs Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının və suya yardım məqsədilə əvvəlcədən girmiş vətəndaşın iştirakı ilə xilas edilib.