📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Demokratların Senatda çoxluğu qazanmaq şansı artır

2026-10-30 17:20:13

Demokratların Senatda çoxluğu qazanmaq şansı artır

ABŞ-də Konqresə aralıq seçkiləri ərəfəsində keçirilən yeni sorğular demokratların Senatda çoxluğu əldə etmək imkanlarının artdığını göstərir.

Modern.az xəbər verir ki, CNN/SSRS sorğularına əsasən, demokrat namizədlər Texas və Miçiqanda respublikaçı rəqiblərini qabaqlayırlar. Men və Kanzasda isə fərq statistik xəta həddində olduğundan aydın lider yoxdur.

Texasda demokrat Ceyms Talariko 49 faiz, respublikaçı Ken Pakston 43 faiz dəstək toplayıb. Miçiqanda demokrat Əbdül Əl-Seyidi respondentlərin 49 faizi, respublikaçı Mayk Rocersi isə 42 faizi dəstəkləyib.

Kanzasda demokrat Adam Hamilton hazırkı respublikaçı senator Rocer Marşalı, Mendə isə demokrat Troy Cekson senator Syuzan Kollinzi 49 faizə qarşı 45 faiz nəticə ilə qabaqlayır. CNN bu iki ştatda mübarizənin qeyri-müəyyən qaldığını vurğulayır.

Sorğular oktyabrın 20–27-də keçirilib və nəticələr oktyabrın 29-da açıqlanıb. Ştatlar üzrə statistik xəta həddi 4,2–4,7 faiz bəndi arasında dəyişir.

Qeyd edək ki, Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək.