📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Danışıqlarda Ukrayna heyətinə o rəhbərlik edəcək

2026-11-06 22:46:32

Danışıqlarda Ukrayna heyətinə o rəhbərlik edəcək

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda ölkəsinin nümayəndə heyətinə başçılıq edəcək.

Hurriyyet.net  xəbər verir ki, Budanov bu barədə “CBS News” telekanalına müsahibəsində bildirib.

O, danışıqlarda ciddi irəliləyiş gözləmədiyini, lakin görüşün baş tutmasını belə müsbət addım hesab etdiyini vurğulayıb.

Budanovun fikrincə, tərəflər görüş zamanı mövqelərin yaxınlaşdırılması imkanlarını müzakirə edəcəklər.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Görüşdə Vaşinqton vasitəçi qismində çıxış edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin nümayəndə heyətinin danışıqlarda iştirakını təsdiqləyib. O bildirib ki, Rusiya tərəfinin əsas danışıqçısı yenə də Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski olacaq.

Xatırladaq ki, noyabrın 3-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya və Ukrayna arasında danışıqların keçiriləcəyini açıqlamışdı.