📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cüdoçumuz qızıl medal qazandı

2026-11-02 10:29:04

Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Məlumata görə, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.

55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına “Dakar-2026”nın ilk qızıl medalını qazandırıb.

Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı.

Noyabrın 13-dək davam edəcək “Dakar-2026”da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.