Çin 100-dən çox gəmi ilə HƏRƏKƏTƏ KEÇDİ - Ballistik raketlər işə düşdü
Çin Sakit okeanın qərb hissəsində və Tayvan ətrafında miqyaslı, əvvəlcədən elan edilməmiş hərbi təlimlər keçirib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təlimlərin pik nöqtəsində bölgədə Çin Hərbi Dəniz Qüvvələrinin və sahil mühafizəsinin 100-dən çox gəmisi yerləşib.
Tayvan rəsmilərinin məlumatına görə, hərbçilər şəhərlərə və hərbi obyektlərə, o cümlədən adadakı müxtəlif hədəflərə hücumları simulyasiya ediblər. Həmçinin Çinə məxsus sualtı qayığından qitələrarası ballistik raketin buraxıldığı bildirilir.
Taybey rəsmiləri bu manevrləri "səssiz qorxutma" adlandırıblar. Qeyd edək ki, sözügedən təlimlər Donald Tramp ilə Si Cinpinin görüşünün gözlənildiyi APEC sammiti ərəfəsində baş tutub.
Pekin isə iddia edir ki, manevrlər planlı xarakter daşıyıb və heç bir ölkəyə qarşı yönəlməyib.