📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Fotolar

2026-10-25 10:11:28

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Fotolar

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.

Hurriyyet.net  məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.

Qeyd edək ki, Elmarla birgə “Sabunçu Emin” də hadisə yerindən qaçıb gizlənmişdi.

Hadisəni törədib qaçan şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

Fotoda Elmar Cəfərov

Fotoda “Sabunçu Emin”