📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çexiya Azərbaycana yeni döyüş təyyarələri TƏKLİF ETDİ

2026-11-13 20:00:27

Çexiya Azərbaycana yeni döyüş təyyarələri TƏKLİF ETDİ

Çexiya və Azərbaycan aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən Çexiyanın "L-39NG" tipli təyyarələrin tədarükünü nəzərdən keçirir.

Bunu Çexiyanın Baş naziri Andrey Babiş Dublində jurnalistlərə açıqlamasında bildirib.

A.Babiş bildirib ki, Praqa Bakıya "Aero Vodochody" şirkətinin istehsalı olan və beynəlxalq bazarda pilotsuz uçuş aparatlarına qarşı qənaətcil mübarizə vasitəsi kimi təqdim edilən modernləşdirilmiş "L-39NG" təlim-döyüş təyyarələrini təklif edir.

"Bu təyyarə getdikcə "Drone Hunter" (dron ovçusu) kimi əla nüfuz qazanır. Onun istismar xərcləri daha aşağıdır və dronları məhv etmək üçün bir milyon avro dəyərində raketlə təchiz edilmiş "F-16" əvəzinə daha ucuz vasitələrdən istifadə etmək məntiqlidir", - Çexiya Baş naziri bildirib.

Onun sözlərinə görə, Praqa həmçinin Bolqarıstana 8 "L-39NG" təyyarəsinin tədarükü ilə bağlı danışıqlar aparır - A.Babiş bu məsələni bolqarıstanlı həmkarı ilə müzakirə etmək niyyətindədir.//Report