Bu ölkənin şirkətləri Azərbaycanla biznes imkanlarını araşdırır
“Niderland üçün Azərbaycan bu regionda mühüm tərəfdaşdır və məhz buna görə də ölkələrimiz arasındakı əməkdaşlığı gücləndirməyə can atırıq. Bu məqsədlə siyasi, iqtisadi, təhsil və mədəni sahələrdə əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək üçün bir yol xəritəsinin razılaşdırılması məmnunluq doğurur”.
Hurriyyet.net xəbər verir ki, bu fikirləri Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, yol xəritəsi Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhə, sabitliyə və rifaha qoyulan sərmayədir:
“Görüş zamanı həmçinin Cənubi Qafqazda və geniş regionda geosiyasi proseslər, o cümlədən Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi müzakirə olunub. Nazir Bayramova Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və ölkəsinin təqdim etdiyi ən son humanitar yardım paketinə görə minnətdarlıq ifadə olunub. Xüsusilə qış mövsümünün yaxınlaşdığı bir vaxtda Ukraynanın dəstəklənməsinə davam edilməsinin vacibliyi vurğulanıb.
Niderland və Azərbaycan arasındakı sülh prosesinə gəldikdə, Niderland hər iki ölkənin ötən ildən bəri atdığı əhəmiyyətli addımları alqışlayır və Azərbaycanın bu prosesə sadiqliyini yüksək qiymətləndirir. Hər iki ölkənin cari imkanlardan istifadə edərək sülh sazişinin imzalanmasına gətirib çıxaracaq praqmatik həllər axtarması həlledici əhəmiyyət daşıyır. Niderland qarşılıqlı anlaşmanı təşviq etmək məqsədilə etimad quruculuğu tədbirlərini dəstəkləyir və bu çərçivədə itkin düşmüş şəxslərin eyniləşdirilməsinə kömək etmək üçün İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə yeni maliyyə dəstəyi elan edilib”.
Niderland XİN başçısı qeyd edib ku, sülh sazişinin imzalanması iqtisadi imkanlar və daha geniş əlaqələr üçün də yol açacaq:
“Niderlandın portlar, nəqliyyat və logistika, kənd təsərrüfatı və su idarəçiliyi sahələrində təcrübəyə malik şirkətləri Azərbaycanla biznes imkanlarını araşdırmaqda maraqlıdır. Qanunun aliliyinə və insan hüquqlarına hörmət edən sabit, proqnozlaşdırıla bilən biznes mühiti potensial investorların inamını artırır”.
Nazir eyni zamanda Azərbaycan tərəfinin Tehrandakı Niderland diplomatlarına göstərdiyi nəzakətli və dəyərli köməklik xüsusi minnətdarlıqla qeyd olunub.