Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
2026-11-13 10:55:02
Bu gün Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
Hurriyyet.net xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Vəndam qəsəbəsinin, Nohurqışlaq, Tüntül və Yengicə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.