📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya xalqı nəyə hazırlaşır? - Hökumət insanları təlimatlandırdı

2026-10-24 19:30:58

Britaniya xalqı nəyə hazırlaşır? - Hökumət insanları təlimatlandırdı

Böyük Britaniyada vətəndaşlara fırtına, elektrik kəsintiləri və kiberhücumlar riskləri səbəbindən fövqəladə hallara hazırlıqlı olmaq tövsiyə olunub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət müharibə, təbii fəlakətlər və ya böyük infrastruktur pozuntuları halında ev təsərrüfatlarına üç günlük içməli su və tez xarab olmayan ərzaq ehtiyatı yaratmağı tövsiyə edib.

Hazırlıq siyahısına həmçinin adambaşına 9 litr su, radio, fənər, nağd pul və ilk yardım dəsti daxildir.