📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Biz onu ölkəsinə qaytarmalıyıq” - Paşinyan həmin çobandan danışdı

2026-10-22 16:55:19

“Biz onu ölkəsinə qaytarmalıyıq” - Paşinyan həmin çobandan danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşının hərbçilər tərəfindən saxlanılamasına münasibət bildirib.

Hurriyyet.net  APA-ya istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə, İrəvan Ermənistana keçmiş çobanı Azərbaycana qaytaracaq.

Paşinyan hadisə ilə bağlı açıqlamasında hərbçilərin həmin şəxsi aşkar etdikdən sonra müvafiq quruma təhvil verdiklərini deyib.

“Bir şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onlar yaxınlaşan bir şəxsi görüblər. Onu güllələməli, öldürməli idilər? Burada problem nədir? Onu Respublika meydanında həbs etməyiblər ki...” - Paşinyan bildirib.

Ermənistanın Baş naziri əlavə edib ki, dünyada keçilməsi mümkün olmayan sərhəd yoxdur.

“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur. Makedoniyalıların dövründən bu günə qədər belə bir sərhəd mövcud olmayıb”, – o qeyd edib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti də 1968-ci il təvəllüdlü, Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımovun geri qaytarılacağına hazırlıq görüldüyünü açıqlamışdı.