📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq - Kino biletləri tezliklə “Birbank”da

2026-11-03 18:57:33

“Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq - Kino biletləri tezliklə “Birbank”da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən “Bir” ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri “CineMastercard” ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlıq çərçivəsində istifadəçilər kino biletlərini əlavə platformaya keçid etmədən, birbaşa “Birbank” vasitəsilə əldə edə biləcəklər.

“Bir” ekosistemi fintex, ödəniş və e-ticarət sahələrindəki rəqəmsal həlləri ilə gündəlik ehtiyacları vahid platformada qarşılayır. “CineMastercard” ilə əməkdaşlıq isə bu imkanları əyləncə sahəsinə də genişləndirir. Layihə çərçivəsində “Birbank”da film və seans axtarışı, bilet və yer seçimi, eləcə də ödəniş üçün xüsusi interfeys yaradılır. İstifadəçilər interaktiv xəritə üzərindən istədikləri yerləri seçərək biletlərini birbaşa tətbiqdə əldə edə biləcəklər.

Yeni funksionallığın texniki inteqrasiya və sınaq mərhələləri tamamlandıqdan sonra, 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Əməkdaşlıq rəqəmsal ödəniş imkanlarını gündəlik əyləncə təcrübəsi ilə birləşdirərək bilet alışını daha sürətli və əlçatan edəcək.

“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Kapital Bank”ın əmtəə nişanı olan Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az