“Bir səhər əllərini sonuncu dəfə tutdum”
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib.
Aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:
“Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonuncu dəfə doya-doya içimə çəkdim.
Kaş hər qucaqlamağın, hər öpüşün, hər ‘səni sevirəm’in sonuncu ola biləcəyini düşünəydik. Bəlkə onda heç bir sevgini içimizdə saxlamaz, heç bir xoş sözü sabaha qoymazdıq”.
Aparıcı anası həyatda olanlara səslənərək onlara sevgilərini ifadə etməyi, qucaqlamağı və xoş sözləri sabaha saxlamamağı tövsiyə edib:
“Çünki bir gün o sabah hansımız üçünsə gəlmir… Sevdiklərimiz yanımızda olanda elə bilirik ki, sevgimizi bilirlər, hiss edirlər, deməsək də anlayırlar. Amma insan sevdiyi adamın sevgisini təkcə bilməyə yox, onu eşitməyə, hiss etməyə, o sevgini yaşamağa da möhtacdır. Ona görə də sevməyi də, deməyi də, göstərməyi də sabaha saxlamayın”. (Axşam.az)