📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı

2026-11-03 21:13:23

Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı

Novxanıdakı “milyonluq villa”nın sahibi Bəxtiyar Dalinin həbsi ilə bağlı özəl xəbərimiz  ölkə gündəmini zəbt edib.

Hurriyyet.net  xəbər verir ki, xəbər yayıldıqdan sonra hadisə və xüsusən zərərçəkmiş qadınla bağlı müxtəlif iddialar səsləndirilib.

Adının açıqlanmasını istəməyən zərərçəkmiş vəkili Vüqar Əliyev vasitəsilə saytımıza açıqlama göndərib.

Vəkilin sözlərinə görə, Bəxtiyar Dalidən əlavə, daha 2 nəfər də cinayətdə iştirak edib:

“Bəxtiyar da daxil olmaqla 3 nəfər bağ evində qadını zorlamaq istəyib. Qız onların əlindən qaçdıqdan sonra polisə şikayət edib. İstintaq başlayandan sonra Bəxtiyar Dali həbs edilib, ikinci şəxs ölkədən qaçdığı üçün axtarışa verilib, digər şəxslə bağlı isə araşdırma davam edir.

“Qafqazinfo”da xəbər yayıldıqdan sonra bəziləri hadisənin restoranda baş verdiyini, guya qızın müğənni olduğunu iddia edir.

Bu, əsassız söhbətdir. Müvəkkilim olan həmin qadın müğənni deyil, hadisə də restoranda baş verməyib”.

Vüqar Əliyev hadisə ilə bağlı əlavə məlumat yayılarkən həssas davranmağa, xüsusən zərərçəkmiş şəxsin şəxsiyyəti və fəaliyyəti barədə iddialar irəli sürməkdən çəkinməyə çağırıb.

Vəkil qeyd edib ki, hazırda ibtidai istintaq davam edir, prokurorluq işi hərtərəfli araşdırır.