📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Beşiktaş” “Hapoel Beer-Şeva” ilə Gürcüstanda qarşılaşacaq

2026-10-31 10:29:01

“Beşiktaş” “Hapoel Beer-Şeva” ilə Gürcüstanda qarşılaşacaq

Türkiyənin “Beşiktaş” futbol klubunun UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə keçirəcəyi qarşılaşmanın yeri dəqiqləşib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “Beşiktaş” JK rəsmi məlumat yayıb.

Məlumata görə, mübarizə noyabrın 26-da Gürcüstanın Batumi şəhərində yerləşən “Batumi Stadium”da baş tutacaq. Qarşılaşma azarkeşlərin iştirakı üçün açıq olacaq.

Klubdan bildirilib ki, bilet satışı ilə bağlı təfərrüatlı məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.