📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bələdiyyə sədri icra başçısının müavini oldu - Foto

2026-10-23 15:08:28

Bələdiyyə sədri icra başçısının müavini oldu - Foto

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Hurriyyet.net  xəbər verir ki, bununla bağlı RİH başçısı Rafiq Cəlilov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vahid Mirzəyev başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, V. Mirzəyev yeni təyinatadək Cəlilabad Şəhər Bələdiyyəsinin sədri olub.