📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazirin müavini ermənilərlə QOHUM OLDU - SENSASİON İDDİA

2012-09-26 11:04:45

Baş nazirin müavini ermənilərlə QOHUM OLDU - SENSASİON İDDİA

Yaqub Eyyubovun qardaşı qızı Qazaxıstanda erməniyə ərə gedib…

Baş nazirin birinci müavini Yaqub Eyyubov bu yaxınlarda ermənilərlə qohum olub.

Belə ki, Y.Eyyubovun qardaşı qızı Qazaxıstanda erməni əsilli gənclə ailə həyatı qurub. Bu toy mərasimində Azərbaycandan da bir qrup rəsmi şəxs iştirak edib. O cümlədən, Yaqub Eyyubovun özünün də iştirak etdiyi məclisdə adət üzrə səbəbkarların, onların ailə üzvlərinin və qohumlarının şəninə sağlıqlar deyilib. Ən əsası isə azərbaycanlılarla ermənilərin yaxın keçmişdə bir-biri ilə “dost xalqlar” olması haqda uzun-uzadı çıxışlar olub.

Məlumata görə, adı açıqlanmayan Azərbaycan rəsmilərindən biri toy məclisində Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib. O deyib ki, bundan sonra azərbaycanlılarla ermənilər arasında qohumluq əlaqələri bərpa olunacaq va qarşılıqlı olaraq qiz verib-qız alma hallarının sayı çoxalacaq. “Gəlin arzu edək ki, bu evlilik xalqlarımız arasında dostluq münasibətlərinin bərpa olunmasında körpü rolu oynasın və qonşu xalqlar olaraq, 20 il öncəyə qədər olduğu kimi, dinc və mehriban yaşayaq” – deyə Azərbaycan rəsmisi bildirib.

Nəzərə almaq lazımdır ki, Yaqub Eyyubov sıradan bir vətəndaş deyil və ölkə hakimiyyətində çox önəmli bir mövqeyə sahibdir. Ölkədə Ramil Səfərov hadisəsinin hələ də dartışıldığı bir məqamda hakimiyyətin belə bir önəmli şəxsinin ermənilərlə qohum olmasının ictimai rəydə iqtidar üçün xeyli siyasi-mənəvi problemlər yaradacağı şübhəsizdir. Bunun üstünə bir də ölkə prezidentinin srağagünkü səfirlərin toplantısında ermənilər və erməni lobbisi haqda dediklərini gəlsəniz nəticənin Yaqub Eyyubov üçün o qədər də ürəkaçan olmayacağını düşünmək olar (Prezident toplantıda erməni lobbisini Azərbaycanın bir nömrəli düşməni adlandırmışdı).

Qeyd edək ki, 2003-cü ildə tanınmış jurnalist Rey Kazımoğlu Yaqub Eyyubovun ermənilərlə qohumluq əlaqəsi olduğunu yazdığına görə Baş nazirin birinci müavini tərəfində fiziki təzyiqlərə məruz qalmışdı. Həmin dövrdə Qarabağ əlili olan jurnaliti evinə dəvət edən Yaqub Eyyubov evində onu söyüşlərlə təhqir edərək döymüşdü.

Gülzar Babayeva