Bakıda kollecdə dava: Tələbə bıçaqlandı
2026-11-04 18:59:54
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.
Hurriyyet.net "Bakupost"a istinadən xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.
Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.