Bakıda güclü külək əsir - Faktiki hava
2026-11-05 18:40:54
Noyabrın 5-i saat 17:00-a olan məlumata görə, ölkənin bəzi ərazilərində küləkli və yağışlı hava müşahidə olunur.
Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s-yə, Mingəçevirdə isə 18 m/s-yə çatıb.
Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Şabran və Qobustanda arabir yağış yağır.